Sentyabrın 2-də İrəvanda “Dağlıq Qarabağın Müstəqillik Günün”ə həsr olunmuş tədbirə icazə verilməyib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, 1400 nəfərin dəvət olunduğu tədbirə İrəvanda zal tapmaq mümkün olmayıb.
Təşkilatçılar məcburiyyət qarşısında qalaraq Daşnaksütyun partiyasının üzvü Ruben Ayrapetyana məxsus “Harsnakar” restoranının o qədər də böyük olmayan zalı ilə kifayətlənməli olublar.
Xatırladaq ki, təşkilatçılar qondarma “Artsaxın Müstəqillik Bəyannaməsi”nin qəbuluna həsr olunmuş bu tədbirlə Qarabağ səhifəsinin hələ qapanmadığını nümayiş etdirməyə çalışırdılar.
Aygün,
KONKRET.az