Serbiya məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalı Andrey Naumovun Kiyevə ekstradisiyasından imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazır.
Qeyd edək ki, Serbiya Ukrayna prezidenti Volodimir Zelenskinin xalqa müraciətində Naumovu “satqın” adlandırmasını və əsassız yerə onu briqada generalı rütbəsindən məhrum etdiyini düzgün hesab etmir: “Ukrayna prezidenti bununla da təqsirsizlik prezumpsiyasını pozub, qərəzli olub və cəmiyyəti inanmağa sövq edib. Naumovun məhkəmənin qərarından əvvəl satqın olduğunu demək əsassızdır. Bu isə ekstradisiya halında onun təhlükəsizliyini təhdid edir”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən satqın elan edilən və rütbəsindən məhrum edilən Naumov fevralın 23-də Rusiya işğalı başlamazdan bir neçə saat əvvəl ölkəni tərk edib.
Ukrayna müstəntiqləri daha sonra Naumovun vətənə xəyanət etdiyini deyiblər. Ehtimal edilir ki, Naumov Çernobıl ətrafındakı təhlükəsizlik sistemləri ilə bağlı məlumatları ruslara ötürüb.
Rəsmiyyə Şərifova,
KONKRET.az