Serbiyanın Müdafiə naziri koronavirusa yoluxdubackend

Serbiyanın Müdafiə naziri koronavirusa yoluxdu

Serbiyanın Müdafiə naziri Aleksandar Vulin yeni növ koronavirusa (COVID-19) yoluxub.

KONKRET.az-ın verdiyi xəbərə görə, bu barədə Serbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin dövlət katiblərindən biri COVID-19-a yoluxduğu üçün xəstəxanaya yerləşdirildikdən sonra onun təmasda olduğu bütün şəxslər test edilib. Müdafiə naziri Aleksandar Vulinin testinin nəticəsi müsbət olub”, – deyə Nazirliyin məlumatında bildirilir.

Məlumatda qeyd edilib ki, A.Vulinində COVID-19 infeksiyasının simptomları özünü göstərmir, lakin o, təcrid vəziyyətdədir və Müdafiə naziri kimi fəaliyyətini ev şəraitində davam etdirir.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*