Sergey Kopırkin: “Rusiya Bakı və İrəvan arasında dialoqu alqışlayır”backend

Sergey Kopırkin: “Rusiya Bakı və İrəvan arasında dialoqu alqışlayır”

Rusiya həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərinə sadiq qalır.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib: “Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələlərindən danışarkən biz Rusiya-Ermənistan müttəfiq əməkdaşlığına, o cümlədən KTMT çərçivəsindəki mövqeyinə sadiqik. Rusiya Ermənistanın təhlükəsizliyini həm ikitərəfli formatda, həm də KTMT vasitəsilə təmin etmək üzrə öhdəliklərinə də  sadiq qalır”.İrəvanla  Bakı arasında qarşılıqlı  kompromislərin əldə edilməsindən danışan Kopırkin qeyd edib ki, bu, çətin və vaxt aparan prosesdir: “Moskva  Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanan üçtərəfli sazişin ruhuna uyğun olaraq, erməni və azərbaycanlı tərəfdaşlarımıza ikitərəfli münasibətlərin tənzimlənməsində yardım göstərməyə həmişə hazırdır. Bu cür yardımın formaları və həcmini danışıqlar aparan tərəflər özləri seçməlidirlər. Bu baxımdan biz şadıq ki, oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə təmaslar baş tutub və bu, münasibətlərin normallaşması üzrə dialoqa təkan  verib”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*