Türkiyə-Emənistan sərhədindəki nəzarət-buraxılış məntəqəsinə Osmanlı dövlətinin baş naziri olmuş Mehmet Tələt Paşanın adının verilməsi ilə bağlı qanun layihəsinə Ermənistan Xarici İşlər Nazirliyi münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistan Türkiyə hökumətinin rəsmi mövqelərini, qərarlarını nəzərə alır”, – XİN-in açıqlamasında vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin İyi Partiyasının sədri, deputat Müsavat Dərvişoğlu ölkə parlamentinə bu barədə layihə təqdim edib.
Xatırladaq ki, Mehmet Tələt Paşa 1921-ci ildə Almaniyanın Berlin şəhərində erməni terrorçu Soqomon Teyliryan tərəfindən güllənərək öldürülüb.