Ermənistanın eks-prezidenti Serj Sarkisyan və iki qızı məhkəməyə çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Onlar qanunsuz mənşəli əmlakın tutulması üçün Baş Prokurorluğun iddiası əsasında Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar.
Ədliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, proses yanvarın 19-da baş tutacaq.
Xuraman Etibarlı,
KONKRET.az