Sərnişin təyyarəsi qəzaya uğradı: 5 nəfər həyatını itirdibackend

Sərnişin təyyarəsi qəzaya uğradı: 5 nəfər həyatını itirdi

ABŞ-nın Luiziana ştatının Lafayette bölgəsində kiçik təyyarə qəzaya uğrayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Lafayette hava limanından qalxan ikimotorlu kiçik sərnişin təyyarəsi dayanacağa düşüb. Hadisənin detalları barədə açıqlama vermək istəməyən polis, təyyardə olan 6 nəfərdən 3-nün ekipaj üzvü olduğunu bildirib.

Şahidlər təyyarənin yüksək gərginlikli elektrik xəttinə dolaşaraq düşdüyünü deyib.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*