Sərtab Erener məhkəməyə verildibackend

Sərtab Erener məhkəməyə verildi

Türkiyənin tanınmış müğənnisi Sərtab Erenerə qarşı məhkəmədə iddia qaldırılıb.

KONKRET.az axar.az-a  istinadən xəbər verir ki, ifaçı özünə aid mahnıları Yutub kanalında icazəsiz paylaşmaqda ittiham olunur.

Belə ki, musiqi prodüser şirkəti İstanbul Əqli Mülkiyyət Məhkəməsinə müraciət edərək, “Lal” və “Sakin Ol” adlı albomların rəqəmsal platformada icazəsiz paylaşıldığını iddia edib.

Şirkət sözügedən albomların müəllif hüquqlarının özünə məxsus olduğunu bildirir. 60 yaşlı sənətçidən mahnıları platformadan silməsi və bir daha orada yerləşdirməməsi tələb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*