Səudiyyə Ərəbistanı sammitdə iştirakdan imtina etdibackend

Səudiyyə Ərəbistanı sammitdə iştirakdan imtina etdi

Səudiyyə Ərəbistanı Ukraynadakı münaqişənin həlli üçün iyunda İsveçrədə keçiriləcək sammitdə iştirakdan imtina edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi diplomatik mənbələr vasitəsilə məlumat əldə edib. Bu qərar Rusiyanın sammitə dəvətdən imtinası ilə bağlıdır.

Səudiyyə Ərəbistanı rəsmiləri və dövlət orqanları hələlik məlumatı təsdiqləməyib. Onlar da buna münasibət bildirməyiblər.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin iyunun 1-də krallığa səfər edəcəyi bildirilirdi. Ukrayna lideri İsveçrədə keçiriləcək sammit öncəsi Ciddə şəhərində vəliəhd şahzadə Məhəmməd bin Salman və digər yüksək vəzifəli şəxslərlə görüşmək və ölkənin dəstəyini almaq niyyətində olub. Daha sonra səfər ləğv edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*