Şevçenko ilin məşqçisi seçildibackend

Şevçenko ilin məşqçisi seçildi

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko ölkəsində 2019-cu ilin ən yaxşı məşqçisi seçilib.

KONKRET.AZ xbər verir ki, Ukraynanın əfsanəvi futbolçusu 2016-cı ildən çalışdırdığı yığmanı Avro-2020-nin final mərhələsinə çıxarıb.

Qeyd edək ki, Ukrayna millisi seçmə mərhələni qrup lideri kimi tamamlayıb. Yığma tarixlərində ilk dəfə ili məğlub olmadan başa vurub.

İlin ən yaxşı qapıçısı “Şaxtyor” və millinin qolkiperi Andrey Pyatov olub.

“Mançester Siti”nin yarımmüdafiəçisi Aleksandr Zinçenko isə Ukraynanın xaricdə çıxış edən ən yaxşı futbolçusu adına layiq görülüb.

Bir cavab yazın