Sevil Nuriyeva yazır:”İran Cənubi Qafqazda Türkiyənin güclənməsindən narahatdır”backend

Sevil Nuriyeva yazır:"İran Cənubi Qafqazda Türkiyənin güclənməsindən narahatdır"

44 günlük Qarabağ müharibəsi həm də Azərbaycana bir çox mövzuları dərindən təhlil etmək imkanı yaratdı.

İran, Ermənistan və Rusiya ciddi mövzulardır. Bölgədə Türkiyə və İslam aləminin Türküstanla əlaqəsinin kəsilməsi üçün yaradılan Ermənistan dövləti qurulduğu gündən etibarən əsas hədəflərindən əsla əl çəkmədi. “Böyük Ermənistan” xəyalı ilə öz xalqını da zəhərləyən erməni faşizmi qan tökdü. Türklərə qarşı öz faşist xislətini göstərməyi son yüz il ərzində hər düşən fürsətdə bildirdi.

Təbii ki, burada keçmiş Sovetlər Birliyinin də rolu inkar edilə bilməz. Lakin erməni diasporu və onun arxasında dayanan qlobal cinayətkar birlik hər fürsətdə bu erməni xəstəliyini Türkiyə qarşısında əngələ çevirməyə çalışdı.

Bəli, beləliklə, 1990-cı illərin sonlarında həmin kozırı İran da Türkiyəyə qarşı istifadə etməyə çalışdı. Qarabağın işğalına pərdəarxasından hər zaman dəstək verdi. Vasitəçi kimliyi ilə bölgənin dərinliklərinə kimi endi.

Azərbaycana qarşı duyduğu köklü nifrətini qorxusu ilə birlikdə qiymətləndirsək, İranın din qardaşlığına da hansı bucaq altında baxdığı elə baş verən bu müharibədə açıqca üzə çıxdı.

İran öz daxilində yaşayan türklərin təzyiqi nəticəsində gedən müharibəyə qarşı qoruduğu səssizliyini pozmaq məcburiyyətində qaldı. Sosial mediada onlarla silah-sursatın İran sərhədlərindən keçərək Ermənistana getməsi barədə yayılan videolara şahidlik etdik. Buna baxmayaraq, İran heç birini təkzib etmədi.

Azərbaycan Prezidenti İrana bu məlumatları təkzib etməsi üçün yaranmış hər fürsətdə bir qapı açdı. O, əldə edilən bu qədər məlumatlara rəğmən, İrana yaxşı mesajlar göndərməyə davam etdi. Əlbəttə ki, Cənubi Azərbaycanda yaşayan türklərin Qarabağ müharibəsinə qarşı yaranmış həyəcanları və dəstəkləri Tehranı narahat edirdi. Əldə edilən məlumatlara görə, İran xüsusi xidmət orqanları Azərbaycana dəstək verən cənublu türkləri təqibə başlamışdı.

İran Parlamentində səslənən anti-Türkiyə fikirləri, xüsusilə də Azərbaycan-Rusiya-Ermənistan arasında bağlanan atəşkəs müqaviləsində yer alan Naxçıvanla Azərbaycanın Qərb rayonlarını birləşdirən Zəngəzur yolunun bağlantı olaraq gediş-gəlişə açılması maddəsi Tehranda narahatçılığa ciddi səbəb yaratmış kimi görünür.

Təkidlə Türkiyə ilə Azərbaycan arasındakı quru yolunun açılışına qarşı çıxan millət vəkillərinin bəyanatları İranın əsas niyyətini üzə çıxarır.

Əlbəttə ki, bu müharibə zamanı bəzi dindar görünüşlü iranlıların məzhəb üzərindən etdikləri şərhləri nəzərə alaraq onların hansı cahilliyə qərq olduqlarını görməməzlikdən gəlmək olmaz.

Bütün bu hadisələrə restitusiyası, reaksiyası, duruşu və susqunluğu ilə səssizliyini qoruyan İranın içəridəki reaksiyalar səbəbiylə uzun bir sükutdan sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları ilə bağlı yaydıqları bəyanatların dərin sükutla, lakin təcrübəli şəxslər üzərindən təfriqə, fitnə toxumu xəbərlər və yayımlar edilməklə müşahidə edilməsi mənə niyəsə heç də təsadüf kimi görsənmədi.

Düşündüm ki, bəlkə, özüm önyarğılı fikirləşirəm? “Bir az da diqqətlə baxım, bəlkə, hansısa xoş niyyətə rast gələrəm” deyə, yaranmış vəziyyəti bir daha təhlil etdim.

Təəssüf ki, rəsmi mətbuat orqanlarında Türkiyə əleyhinə yazılanlara baxdıqda, xüsusilə Cənubi Qafqazın gələcəyində Türkiyənin varlığının hansı kin-küdurətlə önünün kəsilməsi gərəkdiyini anladan ekspert rəyləri bizə göstərir ki, İran Qarabağ müharibəsinin Azərbaycan lehinə nəticələnməsinə razı deyil. Bu müddət ərzində Türkiyənin də həmin prosesə qatılacağından narahat olur.

İran Parlamentinin Türkiyə-Azərbaycan sərhədlərinin birbaşa Naxçıvan üzərindən yenidən bağlanmasından nifrət dolu bəyanatlarla söz açması bu problemin bu günə kimi həll olunmamasında İranın maraqlı olduğunu bir daha isbat edir.

Bəli, müharibə hələlik sonlandı. Lakin diplomatik masa arxasında oyunlara, xüsusilə də İran oyunlarına şahidlik edəcəyimizə hazır olmalıyıq. Çünki İran bununla həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu. (Strateq.az)

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 21 noyabr 2020-ci il

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*