44 günlük Vətən müharibəsi dövründə sosial şəbəkələri bir mahnı bəzəyirdi. Döyüş dostlarının arasında bir nəfər ürəyəyatımlı səslə oxuyurdu:
Deyirlər, bülbülə çəmən yaxşıdır,
İnsançün laləzar vətən yaxşıdır.
Şair, sorma, nədən Vətən yaxşıdır,
Adı gəlcək, könlüm dastana döndü.
Mərhum sənətkarımız Əlibaba Məmmədovun repertuarından olan təsnif bəlkə də xanəndənin öz ifasında bu qədər sevilməmişdi. Döyüşçü Xudayar isə bu mahnıya ikinci həyat verdi. Şirin avazıyla ölümün gözünə dik baxan oğullarımıza Vətənin daha şirin olduğunu anladan Xudayar elə bu təsniflə də dastana döndü. Əslində, Vətən üçün dastana dönmək, müqəddəs amal uğrunda canını fəda etmək ancaq qəhrəmanlara xas olan keyfiyyətdir. Vətənə dönük çıxmağın adı isə nankorluq və xəyanətdir. Tarixdə ölkəsinə, vətəninə xəyanət edən minlərlə insan olub. Tarixin onları bağışladığını deyə bilmərəm, amma vətən, millət xainləri heç vaxt bağışlamayıb.
İşimizlə bağlı mütəmadi erməni mətbuatını izlədiyimdən düşmənin haqqımızda nə yazdığı, bizə hansı iftiralar atdığı barədə az-çox məlumatlıyam. Erməni TV kanallarında və internet televiziyalarında Azərbaycan əleyhinə aparılan kampaniyada ölkəmiz haqqında hər cür yalan və böhtan səslənir. Onları başa düşmək olar, yüz illərdir bizimlə düşmənçilik edən bir toplumun nümayəndələridir və informasiya savaşında əllərinə düşən imkandan maksimum yararlanmağa çalışırlar.
Düşmənlə həmrəylik nümayiş etdirən, onların “dərdinə şərik olan” həmvətənlərimizlə rastlaşanda isə özün özünə: “Bunları bağışlamaq olarmı?”, – sualını verirsən.
Dövlətimiz əleyhinə hər cür böhtan danışan bu adamlar götürdükləri öhdəliklərə uyğun addım atmaqla, bütün dəyərləri tapdalamaqdan çəkinmirlər. Özünü daha çox vətənpərvər göstərən, amma hər addımda dövlət maraqlarımızın əleyhinə çıxanlar nəyin bahasına olursa-olsun aldıqları sifarişi nöqtə-vergülünə qədər ifadə etmədən efiri dayandırmırlar. Bəzən adama elə gəlir ki, qarşındakı erməni internet kanalı “Noyan Tapan”, aparıcı isə Qayana Arakelyandır. Azərbaycan əleyhinə şər-böhtan danışan bu insanlar öz mövqelərini sadəcə fərqli dillərdə ifadə edirlər. Arakelyanı başa düşdük, bu, düşmən ölkənin nümayəndəsidir və Azərbaycan əleyhinə təbliğat ruporlarından biridir. Onun müsahiblərinin mövqeyi də aydındır və onlardan ölkəmizə qarşı sevgi-filan gözləmirik.
Digər internet kanalında isə Arakelyanın həmfikiri, onun azərbaycanlı həmkarı Sevinc Osmanqızı əyləşib və bütün günü Azərbaycan dövləti əleyhinə təbliğatla məşğuldur. Osmanqızı Amerikada yaşayır və uzun müddət Azərbaycan mətbuatında çalışıb. Atası 1991-ci il noyabrın 20-də vertolyot qəzasında faciəli şəkildə həlak olan Osman Mirzəyevdir. Bu, həmin Osman Mirzəyevdir ki, qismətinə canından artıq sevdiyi Azərbaycanı cəmi bircə ay müstəqil görə bilmək yazılmışdı. O zaman Osman müəllimin ağlından da keçməzdi ki, xalqının başına bu qədər qəzavü-qədər gələcək, ərazilərimiz işğal altına düşəcək, ermənilər 30 il onun ruhu dolaşan torpaqlarda at oynadacaq və nəhayət, sevimli qızı uzaq Amerikada oturub Azərbaycan əleyhinə təbliğat aparıb, erməniləri müdafiə edəcək. Bəlkə də Osman Mirzəyevə bütün bunlar agahdır və övladının dönüklüyünün xəcalətini çəkir. Övlad isə utanıb-çəkinmədən Azərbaycan dövlətinə nifrət püskürür. Elə danışır, elə bilirsən, başqa millətin nümayəndəsidir. Erməni aparıcılardan heç nəyi ilə geri qalmayan Sevinc Osmanqızının kimlərin sifarişini yerinə yetirməsi aydındır. Aldığı qonorar müqabilində düşmənin ruporu rolunda çıxış edən bu adam Azərbaycan əleyhinə aparılan təbliğat maşınının bir hissəsinə çevrilir.
Avqustun 16-da BMT TŞ-nin iclasında ermənilərin üzləşdiyi vəziyyətə az qala təəssüflənən Osmanqızı BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyevin çıxışını lağa qoyur və diplomatımızın dediklərini təhlil etməyə cəhd göstərir. Sevincin höcələyə-höcələyə dediyi tezislər hər kəsə tanışdır. İclasın ertəsi günü erməni mətbuatı eynən Osmanqızının danışacaqlarını tirajlayırdı. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan isə Azərbaycanı TŞ-nin iclasında fotoşəkillər nümayiş etdirməkdə ittiham edirdi və bir gün sonra Sevincin müzakirəyə çıxaracağı “peçenye” mövzusunu da Marukyan ortaya atmışdı.
Dostlarından “pas” alan Osmanqızı isə efirdə öz ampluasına sadiq qalaraq Azərbaycanın BMT TŞ-də ciddi məğlubiyyətə uğradığını, bununla ölkəmizin halına acıdığını dönə-dönə xatırlatdı və Yaşar Əliyevin nümayiş etdirdiyi fotoşəkilləri biabırçılıq adlandırdı. Erməni uşaqlarının peçenye yemək haqqının olduğunu deyən, Laçın yolunun bağlanmasını özünə dərd edən Osmanqızı Ağdam yolunu ermənilərin qəbul etməyəcəklərini xüsusi nikbinliklə tamaşaçılara çatdırırdı. Bir gün əvvəl erməni aparıcı Qayana Arakelyan da eynən həmin fikirləri səsləndirmişdi. Arakelyan Sevincdən fərqli olaraq müsahibinə sual verdikdən sonra susurdu. Osmanqızı isə əksinə, opponentlərinin fikirlərinə tez-tez müdaxilə edir, “birdən Azərbaycan əleyhinə filan cümlə unudular”- deyib, dərhal hücumunu davam etdirirdi.
Ararat Mirzoyanın “acından ölən” erməni uşaqlarının fotoşəkillərinin nümayişinə cavab verən Yaşar Əiyevin göstərdiyi erməni toy-büsat və bayram əhval-ruhiyyəli foto-dəlilləri nədənsə Sevincin xoşuna gəlmir. Ermənilərin gündəmə gətirdiyi “peçenye” söhbətini efirdən öz ağlının məhsulu kimi sırımağa çalışır. Ermənilərin mövqeyini müdafiə edən aparıcının ara-sıra “TŞ-də bizim torpaqlarda erməni silahlı birləşmələrinin qalması niyə müzakirəyə çıxarılmadı?” sualı əslində siyasi manipulyasiya idi və Osmanqızı bununla sadəcə auditoriyanın fikirlərini əks istiqamətə yönəltməklə verilişin siyasi yükünün altından sivişib çıxmağa çalışırdı. Guya Azərbaycan üçün can yandırır və hər gün müzakirə olunan söhbəti tapıntı kimi təqdim edirdi. Amma bütün bunların fonunda onun manevrləri özünü doğrultmurdu və hər kəlməsində aldığı sifarişin yerinə yetirilməsi üçün səy göstərməsi açıq-aydın görünürdü. Neçə gündür Ermənistan mətbuatının yazdıqlarını bir-bir xırdalayan Osmanqızı təkcə “vətənpərvər” deyil, həm də erməni xalqının hüquqlarının müdafiəçisidir.
“Acından ölən” ermənilərin halına acıyan Osmanqızının BMT TŞ-də Ermənistanın “qələbəsinə” toxunması və Azərbaycan tərəfinin çıxışını lağa qoyması sadəcə təəssüf doğurur. Fikrimcə, dönüklüklə satqınlıq arasında elə bir fərq yoxdur. Hər iki termin mahiyyətcə xəyanət anlayışını özündə ehtiva edir. Doluxsuna-doluxsuna: “Kaş mənim prezidentim Paşinyan olaydı” deyən adamın düşüncəsini dəyişmək və mənsub olduğu cəmiyyətin caynağından xilas etmək qeyri-mümkündür. O, indi üzərinə götürdüyü öhdəliyi və sövdələşdiyi qazancı düşünür. Osmanqızı kimi adamlara “Vətən”, “millət” anlayışı sadəcə siyasi alver üçün lazımdır. Siyasi alverçilərin taleyi isə həmişə xoşagəlməz sonluqla başa çatır. Çox təəssüf…
Vəli Həsənov,
KONKRET.az
Neden bu ırz düşmenin kanalına müdahale edilmiyor? Sevinç,Gurban,Gabil kimilerin kanallarına el koymayın zamanı çoktan gelmiş,geç kalınmış bile
Bu osman qizidi nə zibildi bulara dəstək olanin və ya bulara gundəliy xəbər platformasi kimi baxanin ozu belə vətən xainidi ba qancigdi sadəcə milətinin dovlətinin duşmənidi
Bu uje ağ oldu,Bizə onu məhv etməyə agent lazımdır
Vəli bəy, sizin məqaləniz çox qərəzlidir.i Siz jurnalist səlahiyyətlərini aşıb, əlinizdə dəlil sübut olmadan, prokuror kimi ağır xəyanət ittihami ilə çıxış edirsiniz. Sevinc xanımın çıxışlarının əksəriyyətini bəyənmirəm, amma bu o demək deyil ki, onu qınamağa haqqım var.