Si Cinpin ABŞ-a qarşı ÇAĞIRIŞ ETDİbackend

Si Cinpin ABŞ-a qarşı ÇAĞIRIŞ ETDİ

Çin Xalq Respublikasının Sədri Si Cinpin Braziliya Prezidenti Lula da Silva ilə söhbəti zamanı bildirib ki, iki ölkə qlobal problemlərin həllində birlikdə fəaliyyətini davam etdirməli, xüsusilə də onların yaratdığı “Sülh dostları” qrupunun “Ukrayna böhranının” siyasi yolla həllində rolunu gücləndirməlidirlər.

KONKRET.az xəbər verir ki, Lula da Silva Braziliyanın Çinlə münasibətlərinə böyük önəm verdiyini vurğulayıb. O, Braziliya ilə ABŞ arasındakı son hadisələrdən və ölkəsinin suverenliyini qətiyyətlə müdafiə edən prinsipial mövqeyindən danışıb. Si Cinpin Braziliyanı dəstəkləyərək “təktərəfli qərarlar və proteksionizmə qarşı birgə hərəkətə” çağırıb. Çin adətən bu anlayışlardan ABŞ-ın ticarət siyasətini tənqid etmək üçün istifadə edir. Çin lideri həmçinin qeyd edib ki, Qlobal Cənub ölkələri beynəlxalq ədalət və qanuniliyin dəstəklənməsi, beynəlxalq münasibətləri tənzimləyən əsas normalara riayət olunması və inkişaf etməkdə olan ölkələrin qanuni hüquq və maraqlarının müdafiəsi üçün birlikdə çalışmalıdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*