Si Cinpin və Lukaşenko Pekində danışıqlar aparıblar – TƏFƏRRÜATLARbackend

Si Cinpin və Lukaşenko Pekində danışıqlar aparıblar - TƏFƏRRÜATLAR

Çin Belarusla birlikdə beynəlxalq ədaləti müdafiə etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bunu Pekində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Çin lideri Si Cinpin deyib.

“Çin Qlobal İnkişaf Təşəbbüsünün və Qlobal Təhlükəsizlik Təşəbbüsünün həyata keçirilməsini təşviq etmək və beynəlxalq ədaləti müdafiə etmək üçün Belarusla işləməyə hazırdır”, – deyə Çin prezidenti bildirib.

Onun sözlərinə görə, Çin Belarusla ticarət-iqtisadi və digər sahələrdə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığı həyata keçirməyə hazırdır.

Çin liderinin sözlərinə görə, Minsk həmişə Pekinə onun əsas maraqlarına toxunan məsələlərdə güclü dəstək verib.

“Çin Belarusun milli reallıqlarına uyğun inkişaf yolu ilə getməsini qətiyyətlə dəstəkləyir və hər hansı bəhanə ilə xarici qüvvələrin Minskin daxili işlərinə qarışmasına qarşıdır”, – Si Cinpin qeyd edib.

Lukaşenko da öz növbəsində bildirib ki, münasibətlərin səviyyəsinin tarixi yüksəlişi ənənəvi istiqamətlərin dərinləşməsinə, Minsk və Pekin arasında yeni vektor və mexanizmlərinin işə salınmasına güclü təkan verib.

“Belarus Çin üçün etibarlı tərəfdaş olub, var və olacaq”, – Lukaşenko vurğulayıb.

“30 ildən çoxdur ki, biz Çinlə olan dostluğumuza sadiq qalırıq və bu yoldan dönməmişik. Nə sağa, nə də sola”, – Belarus lideri xatırladıb.

Qeyd edək ki, Belarus prezidenti sonuncu dəfə bu il fevralın 28-də Çinə səfər edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*