Şimali Koreya 2026-cı ildə ilk ballistik raket sınaqlarını keçirdibackend

Şimali Koreya 2026-cı ildə ilk ballistik raket sınaqlarını keçirdi

Şimali Koreya yanvarın 4-ü səhər saatlarında ilin ilk raket sınaqlarını Yapon dənizi istiqamətində həyata keçirib.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu, son iki ayda qeydə alınan ilk raket aktivliyidir.

Qeyd olunub ki, raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Yaponiyanın Baş naziri Sanae Takaiçi müvafiq qurumlara insidentlə bağlı bütün məlumatları operativ şəkildə toplamaq və əhalini məlumatlandırmaq tapşırığını verib.

Sınaqlar Cənubi Koreyada da qeydə alınıb. Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər Pxenyan yaxınlığındakı ərazidən buraxılıb, təxminən 900 kilometr məsafə qət edib və Yapon dənizi akvatoriyasına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*