Şimali Koreya ilə ABŞ üz-üzəbackend

Şimali Koreya ilə ABŞ üz-üzə

Şimali Koreya və ABŞ arasındakı gərginlik pik həddə çatmaq üzrədir.

KONKRET.az xəbər verir ki, Şimali Koreyanın ABŞ ilə müharibəyə hazırlaşdığı iddia olunur.

Belə ki, Şimali Koreyanın dövlət televiziyası 800 min vətəndaşın ABŞ-a qarşı döyüşmək üçün müraciət etdiyini elan edib. Artıq müraciət edənlərin orduya qatıldığı da vurğulanıb.

Bu açıqlamanın ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimlər keçirdiyi bir zamanda gəlməsi də birmənalı qarşılanmayıb.

Onu da əlavə edək ki, Şimali Koreya ötən gün yeni qitələrarası ballistik raketini sınaqdan keçirib. Şimali Koreya lideri Kim Çen İnn isə nüvə silahına nüvə silahı ilə cavab verəcəklərini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*