Şimali Koreya hökuməti keçən həftə yeni hərbi gəmisini rəsmi mərasimlə suya buraxıb. Koreya yarımadasında və ətraf bölgələrdə təhlükəsizlik narahatlıqlarını artıran Şimali Koreya, raket və artilleriya sistemi sınaqları ilə rəqiblərinə qarşı təzyiqi gücləndirib.
KONKRET.az xəbər verir ki, son olaraq raket sınaqları və hərbi təlimlərlə regionda gərginliyi artıran Pxenyan, “qorxuducu” addımlarına daha birini əlavə edib.
Şimali Koreya rəhbərliyindən verilən məlumata görə, ötən həftə suya buraxılan 5 min tonluq “Çhoe Hyon” adlı yeni döyüş gəmisində raket və artilleriya sistemlərinin ilk sınaqları uğurla həyata keçirilib.
Aynurə İsmayıl
KONKRET.az