Ermənistanda “İmnemnimi” podkastının aparıcıları, blogerlər Narek Samsonyan və Vazgen Saqatelyan saxlanılıb.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Məlumata görə, bu gün səhər hüquq-mühafizə orqanlarının maskalı əməkdaşları Samsonyan və Saqatelyanın evlərində axtarış aparıb, daha sonra onlar dindirilmək üçün şöbəyə gönədriblər:
“Onlar xuliqanlıq maddəsi ilə əlaqədar İstintaq Komitəsinə aparılıb. Blogerlərin həbsi Ermənistan parlamentinin spikeri Alen Simonyan haqqında bu yaxınlarda podkastda verdikləri açıqlamalardan qaynaqlanır”.
Qeyd olunub ki, Ermənistan parlamenti Simonyan ünvanına edilən təhqiramiz ifadələrə və təhdidlərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etdiyini təsdiqləyib. Xatırladaq ki, “İmnemnimi” verilişinin son bölümünün qonağı Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan olub.
