Simonyan rus ata sözünə MÜRACİƏT ETDİ: “Hətta ABŞ prezidenti belə…”backend

Simonyan rus ata sözünə MÜRACİƏT ETDİ: "Hətta ABŞ prezidenti belə..."

“Rossiya Seqodnya” beynəlxalq media qrupunun və “RT” televiziya kanalının baş redaktoru Marqarita Simonyan RT-yə qarşı irəli sürülən təbliğat ittihamlarına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Simonyan bu ittihamları cavablandırarkən rus atalar sözünə istinad edib:

“İnsanlar özləri tərəfindən mühakimə olunmurlar”.

O bildirib ki, RT-yə qarşı yönələn təbliğat iddiaları əsasızdır və bu cür ittihamlarla “BBC”, “CNN” kimi aparıcı Qərb media qurumları da üzləşir: “Ən böyük təbliğatçılar BBC, CNN-dir. Hətta ABŞ prezidenti belə bu kanalları təbliğatçı adlandırır. Amma normal insanlar bu cür fikirlər səsləndirmir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*