“Rossiya Seqodnya” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, Rusiya səfirliyinin əməkdaşları artıq Sputnik Azərbaycan-ın Bakı ofisinə yola düşüb.
KONKRET.az bildirir ki, bu barədə o, Teleqram kanalında yazıb.
“Məndə olan məlumata görə, Bakıdakı səfirliyimizin əməkdaşları artıq Sputnik-in ofisinə gediblər, hazırda orada xüsusi əməliyyat keçirilir”.
Simonyanın sözlərinə görə, nəşrin əməkdaşları arasında Rusiya vətəndaşları da var.
Müşviq Tofiqoğlu
KONKRET.az