Sirlər açıldı – Ramiz Mehdiyevin QARA SİYAHISI – SENSASİON MÜSAHİBƏbackend

Sirlər açıldı - Ramiz Mehdiyevin QARA SİYAHISI - SENSASİON MÜSAHİBƏ

İstiqlalçı deputat, professor Cümşüd Nuriyev KONKRET.az-a müsahibə verib.

Ölkədə baş verən ən aktual ictimai-siyasi proseslərlə sualları cavablandıran C.Nuriyev olduqca maraqlı məqamlara toxunub.

“AMEA-da 4-5 yerdən maaş alan institut direktorlar var ki, onlar həm deputatdırlar, həm direktor, həm vitse-prezident… Hesablama Palatası bunların həbsinə çalışmalıdır”

– AMEA-nın alimləri ilə Ramiz Mehdiyev arasında baş verən ittihamlarla bağlı nə düşünürsünüz? Əslində nə baş verir? 

– Mən bir il bundan öncə media qurumlarında R.Mehdiyevin Azərbaycan elminə vurduğu zərbələrlə bağlı dəfələrlə danışmışam. Ona görə indi də bu məsələdən danışmağa mənəvi haqqım var. Məsələ bundadır ki, bu gün Mehdiyevi tənqid edənlər onlar dediklərində haqlıdırlar. Akif Əlizadənin dövründə AMEA bazara çevrilməyə başladı və elm kor qaldı. Amma R.Mehdiyev gələndən sonra Azərbaycan elmi həm də kar oldu. Hazırda R.Mehdiyev AMEA-da vəzifə paylaşdırmaqla məşğuldur.

AMEA-da hazırda 17-18 institut var. Məsələ bundadır ki, bu instututların elə rəhbərləri var ki, onlar həm deputatdırlar, həm direktordurlar, 4-5 yerdən maaş alırlar. Hesablama Palatası ilk növbədə bunların həbsini həyata keçirməlidir. Özünə hörmət edən millət vəkili ancaq ikinci iş kimi müəllimlikdən pul qazana bilər. Mən vaxtilə nazir müavini kimi maaş almırdım, utanırdım. Halbuki qanun buna yol verirdi. Amma indi necədir?

Bunlar o qədər yerdən maaş alırlar ki, ayda 25-30 min manat pul edir. Həm akademikdirlər, həm institut direktorudurlar, həm deputatdırlar, həm komitə sədridir, həm vitse-prezidentdir. Nədir bu? Bunlar belə əvəzolunmazdırlar? Millətin, dövlətin danışan dili onun alimləridir, ziyalılarıdır. Bir “Qara mələk” var idi – Fatma Abdullazadə… R.Mehdiyev onunla birləşib Azərbaycan elmini məhv elədilər.

Bunu hələ o vaxt demişdim. R.Mehdiyev AMEA-nı inkişaf etməyə qoymadı, bu günə qədər də Ali Attestasiya Komissiyasının əlində saxlayırdı. Dövlət İdarəçilik Akademiyasında siyasi elmlər üzrə müdafiə edən şəxlərin hamısı R.Mehdiyevdən icazə almalı idi. R.Mehdiyevi tənqid elədiyimə görə mənim qızımın müdafiə işinə 7 il mane oldular.

O, gedəndən sonra iş öz təsdiqini tapdı. Məsələ də o idi ki, qızım öz müdafiə işində ermənilərin fitrətən nə qədər axmaq bir millət olduğunu elmi şəkildə sübut etmişdi. R.Mehdiyev bir neçə istiqamətdə Azərbaycanı məhv elədi. AMEA-da alver baş alıb gedir. Bütün alverçilərin hamısı indi onun yanındadır. Siz baxın görün, 2-3 nəfəri çıxmaq şərtilə bir normal instutu direktoru var? Yoxdur! Elm adamlarının hamısını AMEA-dan qaçırtdılar. R.Mehdiyevin Milli Məclisdə də çox böyük dayaqları, icra strukturlarında, nazirlərin içərisində onun xeyli sayda adamları var. Məsələ bundadır ki, bunun adamları həndəsi silsilə ilə artır. Deputatların çox onun adamlarıdır. Yaxşı, bəs bu adamı niyə həbs etmirlər? Onun səbəbəni izah edim. Bu adamın başı intriqalar yaratmağa, bu istiqamətdə sistem qurmaq üçün çox gözəl işləyir. Bu adam başını Azərbaycan xalqının mənafeyi üçün işlətsəydi, indi ideoloji baxımdan çox güclü idik. Amma hələ də kommunizmdə ilişib qalmışıq.

R.Mehdiyev imkan vermir ki, bu mərhələni keçək. Çünki hər şey onun əlindədir. Mənim əlimdə elə bir material yoxdur ki, aparıb Prokurorluğa verim ki, onu həbs etsinlər. Amma onun əməllərində kifayət qədər cinayət faktorları var. Onun yanındakı Elton Məmmədov da onu məhkəməyə verib. R.Mehdiyev Rusiyanın bir nömrəli adamıdır. Bu adamın bir başı ermənidir, bir başı yezidilikdir, türkləri də sevmir, türklərə qarşı nifrəti var. Nəyi gözləyirlər bilmirəm. İnsanda bir mənlik olar, bu da R.Mehdiyevdə yoxdur. Adam bu qədər hücumlardan, vaxtilə bunun qapısında quyruq bulayanların zərbələrindən sonra çıxıb getməli idi. Getmir, çünki abır-həyası qalmayıb. Gərək çoxdan gedərdi. Belə kişiliklər türklərə məxsusudur, bu da onda yoxdur.

Təsəvvür eləyin, R.Mehdiyevin bir qara siyahısı var. Həmin siyahıya 100 nəfərə qədər adam salınıb. O siyahıda olanların bir neçəsinin adını da çəkə bilərəm. Məsələn, Firudin Cəlilov, Əli Əlirzayev. Hələ öldürülənləri bir tərəfə qoyuram. Vaxtilə Heydər Əliyevin yanında olan adamların hamısı bu qara siyahıda var. Dövlətinə gərəkli bütün ziyalılar o siyahıdadır. Məni də öz siyahısına salıb. Belə intriqalarla iş getməyəcək, bunun axırı yoxdur. Dünyada gedən bir proses var, rurbanizasiya. Yəni, şəhərdən kəndə qayıtmaq. Şəhərdən kəndə qayıdış lazımdır. Avropada indi heç kəs şəhərdə yaşamaq istəmir. Azərbaycan əhalisinin 60 faizi Abşeron ərazisində yaşayır. Halbuki Abşeron Azərbaycan ərazisinin heç onda biri də deyil. Bütün sənaye bölgələrə köçürülməlidir. Azərbaycanın ən çox Şəki-Zaqatala, Quba-Xaçmaz, Cənub və Gəncəbasar bölgəsinə diqqət ayırmaq lazımdır. Bizdə vəzifəyə gələnlər ancaq pul haqqında düşünürlər. Prezident yanında icimai şura da yaradıla bilər. Ölkədə xeyli küskün ziyalılar var, onlar da müşahidəçi statusunda qalıblar. Bütün ziyalılar bir yerə yığışıb yeni istiqamətlər formalaşdıra bilər.

“Ramiz Mehdiyevin bir qara siyahısı var, həmin siyahıya 100 nəfərə qədər adam salınıb”

– Azərbaycanın 30 il ərzində əsas strateji hədəfi Qarabağın azad edilməsi idi. Qarabağı azad etdik, bəs bundan sonra hansı strateji hədəflərimiz olmaldır?

– Əvvəla, bizə qarşı çox böyük təhdid var idi. Azərbaycan o təhdidi öz üzərindən qaldırdı. Bu məsələdə Türkiyənin rolu danılmazdır.

İkincisi, biz iki yüz ildir torpaq itirə-itirə gedirdik. İlk dəfə torpaqlarımızı bərpa elədik.

Üçüncüsü, İlham Əliyev bundan sonra heç nə etməsə belə, o bir Qarabağı aldığına görə hər cür tərifə layiqdir. Açığı, əvvəllər bu məsələlərlə bir az başqa cür yaxınlaşdırdım. Amma indi görürəm ki, İlham Əliyev düşündüyümüzdən də ağıllı və uzaqgörəndir, gözəl siyasətçidir. Sizi əmin edirəm ki, Qarabağın ermənilərdə qalan hissəsində 2030-cu ilə qədər bir dənə də olsun erməni qalmayacaq. Vaxtilə Bakıda olduğu kimi. Azərbaycan öz qanunlarını qəbul edəcək və hər şey gözlədiyimiz kimi olacaq. Bizim strateji hədəflərimiz sırasında nə ola bilər? Məsələn, Qarabağa qayıdış. Yaxın 10-15 il üçün planlar işlənilir. Orada çox ciddi stareji işlər görülür.

Görüləsi işlərimiz çoxdur. Ölkənin səhiyyə sahəsində ciddi işlər görülməlidir. Hazırda bu sahə “üçbaşlı ilan”la idarə olunur. TƏBİB, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agntliyi… Üçü birinə dəyməz, biri də üçünə.

İkincisi, təhsilimiz yaman gündədir. İldən-ilə orta məktəb qurtarıb ali məktəbə gələnlərin səviyyəsi aşağı düşür. Mən 25 ildir ali məktəblərdə dərs deyirəm. İndi uşaqların hamısı əzbərçi və savadsız olub. Bütün kurslarda olan təbələrə dərs deyirəm. Belə təhsil sistemi olmaz. İndi təhsildə baş verən “dəyişikliklər” insanları savadsızlaşdırmaq üçün qlobal layihədir və bu layihə təəəsüf ki, ölkəmizdə həyata keçirilir. Orta məktəb dərslikləri yaman gündədir. 5-6-cı sinifdə oxuyan şagird 6-8 kq kitab daşıyır. Hər bir kitab üçün yalandan iş dəftərləri düzəldiblər, məqsədləri də pul yığmaqdır. Bu nə deməkdir axı!?

Digər tərəfdən, ölkə iqtisadiyyatı ilə bağlı ciddi işlər görülməlidir. Azərbaycan aqrar ölkədir. Heydər Əliyevin zamanında Azərbaycanın büdcəsinin 45%-ni kənd təsərrüfatı ödəyirdi. İndi isə ümumilikdə bütün qeyri-neft sektoru 17 %-dir. 40 il ərzində Azərbaycan niyə bu qədər geri getməli idi? Azərbaycanda yeni kənd təsərrüfatı sistemi qurulmaldıır. Qucağına quzu götürüb şəkil çəkdirməklə olmur. Publikaya işləmək, sosial şəbəkələrdə özündən qəhrəman düzəltmək biabırçılıqdır.

İndi bu fikirlərimizə görə bizi söyməsinlər, mən öz dövlətimi, millətimi bunlardan da çox istəyirəm. Həm istiqlalçı deputatam, həm deputat ola-ola müharibədə vuruşmuşam. Dövlətimin, millətimin mənafeyini hər şeydən üstün tuturam. Kim bu millət, dövlət haqqında normal söz deyirsə, düşmən elan edirlər.

“Vaxtilə Tərtərdə baş verənlərin acı nəticələrini bu gün yaşayırıq. Məsələn, Tərtərin gözü önündə dayanan Ağdərəni ala bilmədik”.

– Cümşüd müəllim, artıq “Tərtər hadisələri” ilə bağlı həbslər var. Daha nələr gözləyirsiniz?

– Dünən Respublika Prokurorluğunun məlumatına qulaq asdım. Öncə qeyd edim ki, “Tərtər hadisələri”ndə yüzlərlə insanın taleyindən söhbət gedir. Bu olaylar ordumuz üçün xoş olan bir şey deyildi. Vaxtilə baş verən arzuolunmaz hadisələr müzəffər bir orduya ləkə gətirən bir məsələ idi. İnanıram ki, bu işdə kimlərin günahı varsa, o adamlar mütləq cəzalanacaq.

2016-cı ilin aprelindəki 4 günlük döyüşləri 44 günlük müharibənin “baş məşqi” adlandırmaq olar. Çünki həmin 4 gün ərzində Azərbaycan öz gücünü yoxladı. Bu, bir taktiki döyüş idi. Bizim igidlərimizin göstərdikləri qəhrəmanlıqlar Rusiya Hərbi kəşfiyyatını çox narahat elədi. Çox təəssüf ki, Rusiya kəşfiyyatının Azərbaycandakı əli çox uzundur. Hər yerə, bütün sahələrə öz adamlarını yerləşdirə biliblər. İndi məlum olur ki, vaxtilə həbs edilən, öldürülən şəxslərin günahı olmayıb. O hərbçilərin çoxu Türkiyədə təhsil almış, yetişdirilmiş, əsl milli ruhda olan balalarımız idi. Bilirsiniz ki, satqının vətəni, milləti, şərəfi olmur. Tərtərdə də çox böyük satqınlıqlar oldu. İnanıram ki, bu məsələlərin araşdırılması ilə bağlı ötən ilin dekabrında başlayan yeni mərhələ çox ciddi nəticələlərə gətirib çıxaracaq.

Mən bütün qaranlıqların aydınlaşacağına inanıram. Çünki ortada bir siyasi iradə var. Həm Ordunun adı təmizlənməlidir, həm hərbi prokurorluqda olan satqınlıqlara son qoyulmalıdır. Qalib Azərbaycan yeni mərhələyə qədəm qoyub, postmüharibə dövründə ordumuzda yüksək ruh olmalıdır.

Tərtər hadisələri təkcə hərbi məsələ deyil, siyasi və ideoloji məsələdir. Ona görə də səhvlərimizi kökündən düzəltməyi bacarmalıyıq.

Müsahibəni apardı: Ənvər Şüküroğlu,

KONKRET.az

  • Mubariz
    Fevral 10, 2022 - 15:48

    Rəyasət Heyətində olan bir vacib məsələni hamının diqqətinə çatdırmaq istəyirəm. Hətta təcili nəzarətə götürülməlidir.
    Ramiz Mehdiyev prezident olandan sonra, bu Eldar Əmirovun əli ilə, Slavyan Universitetinin məzunları ilə doldurub. Aparat rəhbəri də o universitetin prorektoru olub. Bu da 5-ci kalonun AMEA-dan Rusiyaya jest

Mubariz üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*