İsrailin Baş naziri Benyamin Netanyahu iyun ayında İrana qarşı həyata keçirilən hava zərbələrindən bir neçə gün əvvəl ictimaiyyətə oğlunun toyuna görə məzuniyyətə çıxdığını açıqlayıb.
KONKRET.az bildirir ki, The Wall Street Journalın (WSJ) yaydığı məlumata görə, Netanyahu bu addımı əməliyyat planlarını gizli saxlamaq və diqqəti yayındırmaq məqsədilə atıb.
Qeyd olunur ki, Netanyahu 16 iyun tarixində oğlunun toyunu qeyd edəcəyini bildirsə də, nə ailə üzvləri, nə də yaxın qohumları, o cümlədən böyük oğlu onun mərasimdə iştirak etməyəcəyindən xəbərdar olub.
WSJ yazır ki, bu manevr İsrailin planlaşdırdığı İrana qarşı hərbi əməliyyatın sirr kimi saxlanılmasına xidmət edib və Netanyahu toy bəhanəsi ilə əməliyyata birbaşa rəhbərlik edib.
Rəsmi Tel-Əviv hələlik bu məlumatlara münasibət bildirməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az