Şirvanda bir ailənin 3 üzvü yol qəzasında xəsarət aldıbackend

Şirvanda bir ailənin 3 üzvü yol qəzasında xəsarət aldı

Şirvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki minik maşınının toqquşması nəticəsində bir ailənin üç üzvü – Şirvan şəhər sakinləri; 1979-cu il təvəllüdlü Abdullayev Natiq Arif oğlu, onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Ənvər qızı, habelə N.Abdullayevin oğlu, 2010-cu il təvəllüdlü Abdullayev Nihat Natiq oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*