“Şişirtməyə ehtiyac yoxdur, uşaqları avtomatla qırmayıblar” – Sabiq təhsil naziribackend

“Şişirtməyə ehtiyac yoxdur, uşaqları avtomatla qırmayıblar” - Sabiq təhsil naziri

“Bu məsələnin bu qədər şişirdilməsinə ehtiyac yoxdur. Bu olan şeydir! Hər zaman məktəblərdə belə hallar yaşanıb. İki uşaqdı da. Bunu şişirdib, böyük bir sosial problemə çevirməyin nə mənası var ki, anlamıram. Hər halda yaxşı hadisə deyil”.

KONKRET.az xəbər verir ki, bunu keçmiş təhsil naziri Firuddin Cəlilov Bakıda şagirdin sinif yoldaşını döyməsinə münasibət bildirərkən deyib. Keçmiş təhsil naziri qeyd edib ki, bunun bu qədər şişirdilməsinə ehtiyac yoxdur:

“Uşaqdı da bir-birilə savaşıb. Bütün məktəblərdə guya hamı bir-birini döyür ki? Bu nadir hadisədir. Təsadüfən məktəbdə olub, küçədə də ola bilərdi. Avtomatla gəlib uşaqları qırmayıblar. Vallah mən başa düşmürəm. Belə şeylər mənim vaxtım da olub, Nikolayın vaxtında da olub, gələcəkdə də  olacaq”./Demokrat.az

  • Nəsimi
    Oktyabr 6, 2022 - 09:58

    Hörmətli Firuddin müəllim bəli hər yerin pisidə yaxşısıda var amma məqsəd buduki bucür neqativ halların hadisələrin qarşısı alınsın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*