Sloveniya Qolodomoru soyqırım kimi tanıdıbackend

Sloveniya Qolodomoru soyqırım kimi tanıdı

Sloveniya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan bəyannamə qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.

“Mən Sloveniya parlamentarilərinə Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan və bu dəhşətli cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edən bəyannamə qəbul etdiklərinə görə minnətdaram”, – Ukrayna Ali Radasının sədri vurğulayıb.

Stefançuk əlavə edib ki, bəşəriyyət bu dəhşəti bilməli və xatırlamalıdır ki, gələcəkdə bir daha təkrarlanmasın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*