Şok iddia: 100 milyonluq qırıcını yoxa çıxaran ehtimal…backend

Şok iddia: 100 milyonluq qırıcını yoxa çıxaran ehtimal...

Aralıq dənizində xidmət edən Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “F-35B” tipli döyüş təyyarəsi havaya qalxdıqdan dərhal sonra qəzaya uğramışdı. Hadisə ilə bağlı aparılan ilkin araşdırmalar nəticəsində təyyarənin inanılmaz səhv ucbatından qəzaya düşdüyü üzə çıxıb.

KONKRET.az xəbər verir ki, ingilis mətbuatı 100 milyon sterlinqlik “F-35”in mühərrikini qoruyan ucuz plastik yağış örtüyü səbəbiylə qəzaya uğradığını yazıb.

Təyyarə Aralıq dənizinə düşdükdən sonra ekipaj dəniz səthində qırmızı örtük tapıb. Texniki xidmət heyətinin qırmızı örtüyü çıxarmağı unutduğu və havaya qalxan “F-35”-in mühərrikinin örtüyü sorduğu vurğulanıb.

Təyyarə noyabrın 17-də qəzaya uğrayıb. Qırıcının pilotu son anda özünü xilas edə bilib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*