ŞOK İDDİA: Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİBbackend

ŞOK İDDİA: Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB

Uçan naməlum obyekt (UFO) 23 sovet əsgərini daşa çevirib.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı Mərkəz Kəşfiyyat İdarəsinin (MKİ) saytında yayımlanan məxfilikdən çıxarılan sənədə istinadən məlumat yayıb.

Hesabatda bildirilir ki, sovet hərbçiləri naməlum uçan obyekti (uçan boşqabı) “yer-hava” tipli raketlə vurduqdan sonra, hadisə yerində qəribə olay baş verib.

Qeyd olunur ki, dağıntılar altından beş yadplanetli, iri başlı və qara gözlü humanoidlər çıxıb. Onlar birləşərək tək bir varlığa çevriliblər, güclü vızıltı səsi çıxarıb və parlaq işıq saçaraq partlayıblar. Bu zaman yaxınlıqda olan 23 sovet əsgəri daş heykələ çevrilib. Yalnız kölgədə olan iki əsgər sağ qalıb.

İddia edilən bu insidentin 1989–1990-cı illər arasında baş verdiyi bildirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*