ŞOK PROQNOZ: Kapitalizm sona çatır, süni intellekt isə…backend

ŞOK PROQNOZ: Kapitalizm sona çatır, süni intellekt isə...

Süni intellekt üzrə mütəxəssis Dr. Roman Yampolskiy bildirib ki, 2030-cu ilə qədər əmək bazarında tarixi dəyişikliklər baş verəcək. Onun sözlərinə görə, ümumi süni intellektin (AGI) 2027-ci ilə qədər inkişaf etdirilməsi insan əməyinə olan tələbatı demək olar ki, tamamilə aradan qaldıra bilər.

Bəs, insan işlətmək iqtisadi cəhətdən mənasız olacaqsa, bu, kapitalizmin sonu deməkdirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu proqnozlar həddindən artıq optimistdir:

Əkrəm Həsənov

“2027-2030-cu illər üçün bu, çox erkən tarixdir. Süni intellekt sürətlə inkişaf etsə də, əməyə olan tələbatın tam aradan qalxması real görünmür. Ən azı süni intellektin idarə olunması və nəzarəti kimi işlər qalacaq. Həmçinin bütün fiziki işləri robotların əvəzləməsi də mümkün deyil.”

Ekspertin sözlərinə görə, süni intellektin geniş tətbiqi nəticəsində bir çox peşələr aktuallığını itirəcək və bəzi iş yerləri bağlanacaq. Lakin bu proses bütün dünyada eyni templə baş verməyəcək:

“İnkişaf etmiş ölkələrdə bu dəyişikliklər daha sürətlə gedəcək, lakin az inkişaf etmiş dövlətlərdə proses nisbətən ləng gedəcək.”

Əkrəm Həsənov hesab edir ki, süni intellektin yüksəlişi kapitalizmin sonu anlamına gəlmir:

“Kapitalizm tarixi boyunca dəyişən şəraitə uyğunlaşma qabiliyyəti ilə seçilib. XIX əsrdə kapitalizm fabriklər və imperiyalar üzərində qurulmuşdu, bu gün isə tam fərqli formadadır. Amma mahiyyət dəyişmir, varlılar yenə varlı, kasıblar isə kasıbdır. Sadəcə, kapitalizmin forması dəyişəcək.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*