Somalidə partlayışda tanınmış jurnalist öldü – YENİLƏNİBbackend

Somalidə partlayışda tanınmış jurnalist öldü - YENİLƏNİB

Somalinin paytaxtı Moqadişuda noyabrın 20-də güclü partlayış baş verib.

KONKRET.az xarici mediaya istinadla bildirir ki, hadisə şəhərin mərkəzi hissəsində, prezident sarayının yaxınlığında baş verib. Partlayışda dövlət radio stansiyasının rəhbəri, tanınmış somalili jurnalist Abdiaziz Afkirin öldüyü də məlum olub.

Digər məlumatlara görə, avtomobilində partlayıcı qurğu quraşdırılmış dövlət telekanalının rəhbəri də daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

***

22:19

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Somalinin “Goobjoog News” xəbər portalı məlumat yayıb.

Məlumata görə, partlayış şəhərin mərkəzi hissəsində, prezident sarayının bilavasitə yaxınlığında qeydə alınıb.

Bir neçə nəfərin, o cümlədən milli media rəhbərlərindən birinin yaralandığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*