SON DƏQİQƏ: Britaniya Ukrayna ilə bağlı QƏRAR VERDİbackend

SON DƏQİQƏ: Britaniya Ukrayna ilə bağlı QƏRAR VERDİ

Böyük Britaniya Ukraynaya 350 ədəd HHM raketi verəcək.

KONKRET.az xəbər verir ki, Böyük Britaniya Ukraynaya 350 ədəd hava hücumundan müdafiə (HHM) raketi göndərməyə hazırlaşır. Bu silahların alınması üçün istifadə olunacaq £70 milyon məbləğ isə Rusiyaya məxsus dondurulmuş aktivlərdən əldə olunan faiz gəlirləri hesabına maliyyələşdiriləcək.

The Guardian yazır ki, bu, Böyük Britaniyanın Rusiyaya bağlı vəsaitlərdən istifadə edərək Ukraynaya birbaşa silah yardımı etməsi baxımından ilk hadisədir.

Verilən raketlər Ukraynanın istifadəsində olan Raven PVO sistemlərinə uyğunlaşdırılıb. Hazırda Ukraynanın istifadəsində 8 belə qurğu var, daha 5 ədəd isə yoldadır. Bu addım Ukraynanın hava hücumlarına qarşı müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməyi hədəfləyir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*