SON DƏQİQƏ: Ermənistan 30 ildən sonra ilk dəfə öz hava məkanını Azərbaycana açdıbackend

SON DƏQİQƏ: Ermənistan 30 ildən sonra ilk dəfə öz hava məkanını Azərbaycana açdı

Son 30 ildə ilk dəfə olaraq sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanda daxili uçuş həyata keçirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Türk Hava Yollarının “Boeing -737” təyyarəsi sentyabrın 4 -də “TK326 Gəncə – Naxçıvan” reysini həyata keçirib. Təyyarə Gəncədən saat 9.57-də (5.57 UTC) havaya qalxıb və 10.32-də (6.32 UTC) Naxçıvana enib. Uçuş müddəti 35 dəqiqə olub. Uçuş Radarına görə, təyyarənin marşrutu Göyçə gölü (Sevan) və Ermənistanın Geqarkunik (Göycə mahalı) bölgəsi olub.

“Bu iş İrəvanın bütün qisasçı bəyanatlarına baxmayaraq, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq perspektivinə müqavimət göstərə bilmədiyini təsdiq edir” –deyə “Vestnik Kavkaza”ın baş analitiki Andrey Petrov vurğulayıb.

Nəşrin baş analitiki Andrey Petrov əlavə edib ki,  Ermənistan hakimiyyəti mümkün qədər daxildə və diasporla problemlərin olmaması üçün rəsmi açıqlama vermədən hava məkanını sakit açmağa çalışıb. “Ermənistan hakimiyyəti bu hadisə ilə  ölkə iqtisadiyyatına və cəmiyyətinə mümkün qədər çox fayda gətirməyə çalışır” – deyə  Andrey Petrov fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Vuqar
    Sentyabr 8, 2021 - 17:51

    Ermeni hava mekanini acir ,deyirler ,qorxdu ACDI,baglayandada deyirler ermeni hec kimi saymir!😂
    Bu isleri desteklemek lazimdi ve qiymet vermek lazimdir ki,bu isler suretlensin day rusun deyirmanina su tokmek lazim deyil!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*