Liyiyanın paytaxtı Tripolidə Milli Həmrəylik Hökumətinin yüksək rütbəli nümayəndəsi Əbdül Ğani əl-Kikli qətlə yetirilib.
KONKRET.az xəbər verir ki, hazırda Tripolidə silahlı toqquşmalar davam edir, şəhərdə atəş səsləri eşidilir. Baş verən hadisələr fonunda yerli hakimiyyət fövqəladə tədbirlər görüb.
Tripoli hava limanı bağlanıb, şəhərdə komendant saatı tətbiq olunub.
Liviyanın Daxili İşlər Nazirliyi paytaxt sakinlərini evlərindən çıxmamağa çağırıb və təhlükəsizlik məqsədilə insanların küçəyə çıxmasının son dərəcə təhlükəli olduğunu bildirib.
Natiq Səlim,
KONKRET.az