SON DƏQİQƏ: Türkiyə hərbi əməliyyatlara başlayırbackend

SON DƏQİQƏ: Türkiyə hərbi əməliyyatlara başlayır

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK yaraqlılarına qarşı genişmiqyaslı quru hərbi əməliyyat keçirməyi planlaşdırır.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Pençe-Kilit” antiterror əməliyyatının keçiriləcəyi ilə bağlı İraqın mərkəzi administrasiyaları, eləcə də Ərbilə məlumat verilib. Bu əməliyyat nəticəsində Türkiyə tərəfi İraqla sərhədin bütün 378 km-ni terrorçulardan təmizləməyi nəzərdən keçirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ankara yayda İraqla sərhəd təhlükəsizliyi məsələsini həll etməyi düşünür, həmçinin Suriya sərhədində 30-40 km dərinlikdə təhlükəsizlik dəhlizi yaratmağa çalışır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*