Türkiyənin Qaziantep şəhərində xəstəxanada oksigen aparatının partlaması nəticəsində səkkiz nəfər həlak olub.
KONKRET.az bu barədə “HaberGlobal”a istinadən xəbər verir.
Məlumata görə, partlayış koronavirus xəstələri üçün ayrılan xəstəxananın intensiv terapiya şöbəsində baş verib.
Həmin şöbədə olan 14 nəfər isə başqa xəstəxanalara köçürülüb.