Son dəqiqə: Ukrayna Donetskə zərbələr endirirbackend

Son dəqiqə: Ukrayna Donetskə zərbələr endirir

Ukrayna hərbçiləri Donetsk ətrafı əraziləri 120 mm-lik minaatanlardan atəşə tutur.

KONKRET.az xəbər verir ki, bu barədə qondarma Donetsk “xalq respublikası”nın atəşkəsə nəzarət mərkəzi məlumat yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri Veseloe kəndinə 15 zərbə endirib. Bir neçə dəqiqə sonra isə minaatanlardan daha 5 zərbə endirilib.

Qeyd edək ki, bundan öncə qondarma respublikanın rəhbəri Denis Puşilin Ukraynanın Donbasda genişmiqyaslı əməliyyat başladacağını istisna etməmişdi. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*