Son günlər işığın fasilələrlə verilməsinin SƏBƏBİ BİLİNDİ – RƏSMİ AÇIQLAMAbackend

Son günlər işığın fasilələrlə verilməsinin SƏBƏBİ BİLİNDİ - RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkə istifadəçiləri arasında elektrik enerjisinin tez-tez kəsilməsi, fasilələrin yaranması ilə bağlı şikayətlər çoxalıb. Xüsusən, rayonlarda, Sumqayıt və Abşeron yarımadasında yaşayan vətəndaşlar işıqların sönməsinin mütəmadi xarakter aldığını iddia edirlər. İşıqların qəfil sönməsi əhali arasında narahatlıq yaradır. Bəzən ani fasilə məişət texnikalarının, digər əşyaların xarab olması ilə nəticələnir. Bu, onsuz da ağır vəziyyətdə yaşayan insanların sosial rifahına ciddi təsir edir. Bəs görəsən, işıqların tez-tez sönməsinə səbəb nədir?

Səslənən iddialarla bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətindən KONKRET.az-a açıqlama verilib. Bildirib ki, fasilələrin əsas səbəbi yay aylarında elektrik xətlərində yüklənmənin artmasıdır:

“İsti hava şəraitində elektrik xətlərində yaranan yüklənmə ilə bağlı baş verən qəzaların operativ qaydada aradan qaldırılması üçün “Azərişıq” ASC-nin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı İdarələrində (RETSİ), şəhər və rayon Elektrik Şəbəkələrində (EŞ) qəza xidməti 24 saat fasiləsiz fəaliyyət göstərir. Abonentlər tərəfindən müraciətlər daxil olduqdan sonra əməkdaşlarımız əraziyə cəlb olunur, yaranmış qəza hallarının qarşısı qısa vaxt ərzində alınır və elektrik enerjisinin verilişi bərpa olunur. Belə halların qarşısının alınması üçün ölkə üzrə gücləndirmə tədbirləri davam etdirilir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*