Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 11 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 9 nəfər sağalıb, 1 nəfər xəstəlikdən vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 044, bu günə qədər isə ümumilikdə 7 610 917 test icra olunub.