Sosial şəbəkələri boşanmalarda təhrikedici vasitə hesab etmək olarmı? –  Mütəxəssis rəyi backend

Sosial şəbəkələri boşanmalarda təhrikedici vasitə hesab etmək olarmı? - Mütəxəssis rəyi 

Sosial şəbəkələrin ictimai həyata təsiri danılmazdır. Cəmiyyətin gündəlik həyatınnın mühüm hissəsinə çevirilən sosial şəbəklər həm də insanlar arasında əyləncə metodudur. Fərqli prizmalaradan yanaşılan geniş auditoryada baş verənlər çox vaxt xoşagəlməz hallara səbəb olur. Sosial şəbəkələr üzərindən tanışlıq və ailə qurma halları da bir növ ənənə halını alıb. Əslində, bu məsələ bir qədər mübahisəli mövzu olduğundan mütəxəssislər fərqli düşünürlər. Hər halda ümumi nəticə budur ki, insanın görüb sevmədən evlənməsi anormallıqdır. Əksər hallarda sosial şəbəkə üzərindən qurulan ailələr dərhal dağılır.  Bəlkə də bu ənənnə müəyyən vaxtdan sonra aradan götürüləcək. Amma təəssüflər olsun ki, öz hislərini sosial şəbəkələrdə ifadə edən insanlara tez-tez rast gəlinir. Bu mövzuya növbəti yazılarımızda geniş yer verəcəyik. Məsələnin başqa tərəfi sosial şəbəkələrin ailələrin dağılmasındakı roluyla  bağlıdır.

Statistika göstərir ki, 2024-cü ilk doqquz ayı ərzində  15964 boşanma faktı qeydə alınıb. Son 10 ilə nəzər saldıqda boşanmalarda ilbəil artım müşahidə olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva KONKRET.az-a açıqlamasında bildirib ki, boşanmaların artım tempində sosial şəbəkələrin rolu böyükdür:

“Sosial medianın düzgün, şüurlu şəkildə istifadə edilməməsi, insanın bütün zamanın sosial mediaya, tv kanallarına sərf etməsi ailə münasibətlərinə olduqca mənfi təsir göstərir. Sosial mediada ünsiyyətin əlçatanlığı, insanların özlərini arzuladıqları kimi təqdim etmə şansı, bu sferada öz maraqlarının və istəklərinin üstün tutulması bir çox hallarda ailələrin dağılması üçün səbəbdir. Sosial şəbəkələrdən çox istifadə edən şəxslərin orada öyrədici informasiyalar əvəzinə, bayağı, milli dəyərlərə zidd, insan həyatına hər mənada təhlükə yarada bilən informasiyalara maraq göstərməsi, cəmiyyətin inkişaf vəziyyətinə də təsirsiz ötüşmür.Buna görə də, insanlar özləri sosial şəbəkələrdən istifadə zamanı diqqətli olmalıdırlar. Hər bir kəs anlamalıdır ki, burada milli-mənəvi dəyərlərə hörmətlə yanaşılmalıdır. Əks halda cəmiyyətin deqradasiyası başlayır. Ona görə də düzgün istifadə barədə məlumatlı olmaları vacibdir. İstifadəçilər sosial şəbəkənin həyatlarının əsas hissəsini təşkil etməsinə şərait yaratmalıdırlar”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*