“Türk qoşunları istəsək də, istəməsək də Azərbaycan ərazisində olacaq. Çünki, bu, Azərbaycanın seçimidir”.
KONKRET.az xəbər verir ki, bu fikirlər Rusiyanın sosial şəbəkələrindən götürülüb. Bu ölkənin sosial mediasında türklərin Azərbaycana gəlişi ciddi müzakirə edilir.
Türk sülhməramlılarının Azərbaycana gəlişi barədə xəbərə şərh yazanların bəziləri vurğulayır ki, Türkiyənin bu ölkəyə ciddi dəstəyi regionda mövcud durumu kökündən dəyişdi. Azərbaycan Ermənistana etimad etmir, Rusiya ilə ehtiyatlı davranır, Türkiyə ilə isə strtateji müttəfiqdir. Ermənistan təcavüzündən, Rusiya aqressiyasından və digər gözlənilməz hadisələrdən sığortalanmaq üçün türk əsgərlərinin regionda olması Azərbaycan üçü ideal şərtdir. “Əliyev bununla suverenliyinə təhdid yaradan bütün təhlükələrə qarşı hazırlıq vəziyyətinə gətirilir. Amma hər şey bununla bitmir”, – deyə Nikola BB adlı şərhçi bildirir. Onun sözlərinə görə, rus sülhməramlıları Dağlıq Qarabağda çox möhkəmlənib. Bölgə bu ölkənin tam nəzarətinə keçib. Cənubi Qafqazda uzunmüddətli münaqişələrdən biri ölkə rəhbərlərinin gələcək siyasi əməkdaşlığından və ardıcıl fəaliyyətindən asılı olacaq. Yanaşmada adi bildiyimiz detallar hələ bundan sonra da diqqətlə öyrənilməlidir. Regionun gələcəyi isə Azərbaycanın regionda siyasətinin necə inkişaf etməsindən çox asılıdır.
Bir sıra şərhçilərə görə, Türkiyənin Dağlıq Qarabağdakı bütün münaqişə boyu Azərbaycanı dəstəkləməsi dünya güclərinin bir mesajı kimi də qəbul edilməlidir. Bu baxımdan yəqin ki, Rusiya öz mesajını alıb.
“Əliyev Türk ordusunu ölkəsinə gətirməkdə tam haqlıdır. Axı Azərbaycanın qalib gəlməsinə kömək edən Türkiyə idi. Rusiya, ABŞ, Avropa yox, məhz Türkiyə! Yəni Əliyev bu qərarı verməkdə düz addım atıb”.
Bu fikirləri isə digər istifadəçi Aleksey Bonin bölüşüb.
Bəzi istifadəçilər isə düşünür ki, “Türkiyənin Azərbaycana təsiri və mövcud vəziyyət Rusiya ilə pis zarafatdır. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan neo-Osmanlı siyasətini yürüdür və eyni zamanda müxtəlif terror təşkilatlarını dəstəkləyir”.
İstifadəçilər arasında bu fikirləri də bölüşənlər var: “Nədənsə Əliyev türkləri seçməklə erməniləri və rusları çox qıcıqlandırdı. Azərbaycan unutmamalıdır ki, “Osmanlı İmperiyasının Sultanı” bu torpaqlara radikal terrorizm ehtimalını gətirəcək”, – deyə Sergey K. yazır.
AB və ABŞ-ın Türkiyənin Qafqaz bölgəsində möhkəmlənməsinə icazə verməyəcəyinə əmin olanlar da var idi. Amma bu arqumentlər kökündən yanlış idi. Ərdoğanın həddindən artıq aqressiv və Qərbin nəzarətindən kənar davrandığına inananlar yanıldılar.
NATO ölkəsi mümkün olmayanı etdi. Artıq Rusiyanın öz xeyir-duası ilə dünyanın ən güclü hərbi bloku Cənubi Qafqazdadır.
Digər şərhlərdən də görünür ki, Türkiyəyə qarşı qısqanclıq həddindən artıq çoxdur:
“Nə istəyirsiniz deyə bilərsiniz, ancaq Şimali Kipr ətrafında baş verəcək qarşıdurma və türkləri Egey dənizindən sıxışdırmaq cəhdləri ilə əlaqədar olaraq nə ABŞ, nə də Fransa Türkiyənin güclənməsində maraqlı deyil. Bu səbəbdən də türk hərbçilərinin qarşısını almaq üçün əllərindən gələni edəcəklər. Bəli, Rusiya ABŞ üçün başa düşülən və açıq bir düşməndir, ancaq Türkiyə bir zorbadır və əgər dövlətlər Rusiya ilə anlaşa bilirsə, Türkiyəyə nə ehtiyac var idi. Çox çətin sualdır. Rusiya imperiya ambisiyalarını elan etmədiyi üçün bu gün onlar üçün Türkiyəni cəzalandırmaq daha sərfəlidir”, – deyə istifadəçi İlya vurğulayır.
Natiq Səlim,
KONKRET.az