Sovet əsgəri məktubunda tonlarla qızılın yerini yazıb – İllər sonra ortaya çıxdıbackend

Sovet əsgəri məktubunda tonlarla qızılın yerini yazıb - İllər sonra ortaya çıxdı

Polşada köhnə sarayın birində tonlarla qızılın olması xəbəri gündəmi zəbt edib.

KONKRET.az xəbər verir ki, Polşada İkinci Dünya Müharibəsində itirildiyi iddia edilən nasist qatarındakı qızıl, cəvahirat və silahlarla dolu bütün qiymətli əşyaların da bu sarayın altında olduğu bildirilir.

Belə ki, zirehli qatarın 1945-ci ildə Sovet qüvvələri yaxınlaşdıqda indiki Uroclav şəhəri yaxınlığında itkin düşüb. Tonlarla qızılın Minkovskie qəsəbəsində fahişəxana olaraq istifadə etdiyi sarayın altında gizlədildiyi məlum olub.

Uzun zaman keçməsinə baxmayaraq polşalılar sovet əsgərinin məktubunu yenidən analiz ediblər. Bu zaman ortaya çıxan faktlardan sonra onlar tonlarla qızılın var olduğuna inanıblar. Polşa hökuməti bununla bağlı xüsusi araşdırmaya başlayıb. Sarayı altına 10 ton qızıl olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*