“Sovet İttifaqının dağılmasına ermənilər SƏBƏB OLUB” – Xasbulatov – VİDEObackend

"Sovet İttifaqının dağılmasına ermənilər SƏBƏB OLUB" - Xasbulatov - VİDEO

“Sovet İttifaqına ən böyük zərbəni ermənilər vurub”.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı siyasətçi, alim və publisist, RSFSR Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatov deyib. O, ermənilərin özgənin torpağını zəbt etmək məqsədi ilə Qarabağda qanunsuz hərəkətlərə yol verdiklərini, silahlı toqquşmalara səbəb olduqlarını yada salıb.

“Sovet İttifaqına ən güclü zərbəni kim vurdu? Ermənilər! Onlar özgənin torpağını zəbt etmək üçün açıq silahlı konflikt yaratdılar. Nə olsun ki, ermənilər orada çoxluq təşkil edirdilər, torpaq Konstitusiya qanunları ilə Azərbaycana məxsus idi. Ermənilər bu məsələni sülh yolu ilə həll etməkdənsə, silahlı münaqişəni seçdilər”, – deyə politoloq bildirib.

Daha sonra o, “KQB”-ni fəaliyyətsizlikdə günahlandırıb.

“Bu hadisələrdən sonra bütün dünya gördü ki, mərkəzi hökumət heç bir tədbir görmür, “KQB” dövləti qorumaq funksiyasını yerinə yetirmir. Qorbaçovun göstərişini gözləmədən konflikt yaradan hər üç ölkənin rəhbərlərindən bir neçəsini tutmaq lazım idi. “KQB”-nin əsas işi sabitliyi qorumaq idi. Onlar məşğul olmalı idi bu məsələrlə, Onlar heç nə etmədilər”, – siyasətçi deyib.

Jurnalistin “belə çıxır ki, Sovet İttifaqı Qafqazdan dağılıb?” sualına belə cavab verib:

“Bəli, Sovet İttifaqı Qafqazdan dağılmağa başladı, ermənilər torpağa görə müharibəyə başladı, o zamandan SSRİ dağıldı”, – deyə Xasbulatov təsdiqləyib.

Xatırladaq ki, 30 il bundan əvvəl 1991-ci ildekabrın 26-da SSRİ-nin Kreml üzərindən endirilib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*