Şoyqu ABŞ və Ermənistandan DANIŞDI: “Cəlbedicidir”backend

Şoyqu ABŞ və Ermənistandan DANIŞDI: "Cəlbedicidir"

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ-ın Ermənistanda kiçik modul reaktorların tikintisi ilə bağlı planlarını cəlbedici biznes təklifi kimi xarakterizə edib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, amerikalılar indiyədək belə reaktorlardan heç birini inşa etməyiblər.

“Bəli, ABŞ-da bu sahə ilə məşğul olan bir neçə şirkət var və onların təqdim etdiyi təkliflər kifayət qədər cəlbedicidir. Amma burada müəyyən məqamlar var”, – deyə Şoyqu vurğulayıb.

Onun sözlərinə görə, ABŞ hələ ki, bir dənə də olsun kiçik modul reaktoru tikməyib və onların sənaye miqyasında istismarı üzrə praktiki təcrübəsi yoxdur.

Şoyqu əlavə edib ki, Ermənistanın ali rəhbərliyi Rusiyanın atom energetikası sahəsində irəli sürdüyü təkliflərlə tanışdır. Moskva qərarların emosiyalarla deyil, ayıq hesablamaya və ölkə vətəndaşlarının maraqlarına əsaslanaraq veriləcəyinə ümid edir.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti JD Vens Ermənistana səfərinin yekununda nüvə energetikası üzrə razılaşma çərçivəsində ölkəyə kiçik modul reaktorların tədarük ediləcəyini açıqlamışdı.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*