Paltarını çıxararaq məcburi örtünməyə etiraz edən iranlı qadından xəbər var.
KONKRET.az xəbər verir ki, məcburi hicab və geyim qaydalarına etiraz etmək üçün camaat arasında paltarını çıxaran və alt paltarına qədər soyunan iranlı tələbə qız sərbəst buraxılıb. İran rəsmiləri tələbənin ittiham olunmayacağını bildiriblər.
İran məhkəmə hakimiyyətinin sözçüsü qadının xəstəxanada müalicə olunduğunu və ailəsinə təhvil verildiyini deyib.
İran rəsmiləri qadının psixi xəstə olduğunu və psixiatriya şöbəsinə aparıldığını açıqlayıb.