Bakıda həbs edilən “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant”a Putinin köməkçisi Yuri Uşakov deyib.
O əlavə edib ki, Rusiya tərəfi də Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.
İqor Kartavıxa qarşı həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. O, hazırda Bakıdadır.