Şri-Lanka Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya missiya göndərəcək – TƏFƏRRÜATbackend

Şri-Lanka Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya missiya göndərəcək - TƏFƏRRÜAT

Şri-Lanka missiyası Ukraynada ölkə vətəndaşlarının ölümündən sonra Rusiyaya gələcək.

KONKRET.az xəbər verir ki, Şri-Lanka prezidenti Ranil Vikremesinqenin tapşırığı ilə Ukraynadakı münaqişədə iştirak edən vətəndaşlarla vəziyyəti araşdırmaq üçün Rusiyaya nümayəndə heyəti gələcək. Ölkə hakimiyyəti şri-lankalıların döyüşlərdə iştirakından narahatdır.

“Ümumilikdə, bu günə qədər Ukraynada Şri-Lankanın 16 təqaüdçü hərbçisi öldürülüb. Ehtimallara görə, Rusiyada 600-dən 800-ə qədər ölkə vətəndaşı ola bilər. Məlum olub ki, Şri-Lanka sakinlərinin bəziləri Rusiyaya turist vizası ilə daxil olublar”, – deyə Şri-Lankanın müdafiə naziri Premita Bandara Tennakoon qeyd edir.

Rəsminin sözlərinə görə, bundan sonra artıq Rusiyada olanların Şri-Lankaya qayıtmasını asanlaşdırmaq üçün diplomatik danışıqlar aparılmalıdır.

2023-cü ilin sonunda ölkənin xarici işlər naziri Əli Sabri bildirmişdi ki, Şri-Lankanın təhlükəsizlik orqanları Rusiyaya qarşı Ukrayna tərəfində döyüşmək üçün muzdlu əsgərlər tutan yerli agent həbs edilib.

Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirmişdi ki, hazırda Ukrayna tərəfində 46 dövlətdən 590 muzdlu əsgər döyüşür. Muzdluların əksəriyyəti ABŞ, Gürcüstan, Böyük Britaniya, Kanada, İsrail, Almaniya, Litva və Latviya vətəndaşlarıdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir gün əvvəl vurğulamışdı ki, Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edən xarici muzdlular Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*