Sudan qanunsuz istifadə edən obyektlər AŞKARLANDIbackend

Sudan qanunsuz istifadə edən obyektlər AŞKARLANDI

Bakının Nərimanov rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb. 

KONKRET.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlum olub ki, Əhməd Rəcəbli küçəsində avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən obyektdə yaxınlıqdan keçən su xəttinə qoşulma edilib və sudan qanunsuz istifadə olunub. Bununla əlaqədar dəymiş ziyan hesablanıb və obyektin su təchizatı dayandırılıb.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq içməli suyu talayan ünvanlardan biri də Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən ət kəsimi məntəqəsi olub. Sudan uçotsuz və sayğacdankənar istifadə edən obyektin su təchizatı dərhal dayandırılıb.

Nərimanov rayonu ərazisində yerləşən və 204 saylı marşrut avtobusunun qarajı kimi tanınan ərazidə də sudan qanunsuz istifadə halı aşkarlanıb. Məlum olub ki, yaxınlıqdan keçən su kəmərindən qaraj ərazisinə  su xətti çəkilib və sudan uçotsuz istifadə olunub.

Müəyyən olunan hər bir fakt üzrə zəruri tədbir görülüb, özbaşına çəkilən xətlər və qoşulmalar ləğv edilib. Qanunsuz istifadəyə görə dəyən ziyan hesablanıb və içməli sudan qanuni istifadənin yolları sahibkara izah edilib. /Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*