Sükan arxasında “TikTok” çəkən sürücü işdən qovuldu – VİDEObackend

Sürücü sükan arxasında “TikTok” çəkdi: İşdən QOVULDU - VİDEO

Ötən gün sürücü sükan arxasında video çəkib.Sözügedən hadisənin 525 saylı sərnişin avtobusunda lentə alındığı və rəsmi olaraq sürücünün işdən azad edildiyi bildirilib.

KONKRET.az-ın məlumatına görə, bu barədə  525 saylı marşrut xətti üzrə daşıyıcı şirkətin rəhbəri Rövşən Salamov bildirib ki, həmin işçi şiddətli töhmət alıb və işdən azad edilib:

“Avtobusda qeydə alınan videogörüntülər mayın 15-nə aiddir. Bildiyiniz kimi ayın 16-sı ictimai nəqliyyat fəaliyyətə başlayacaqdı. Bu məqsədlə avtobuslar dezinfeksiya edilirdi. Həmin sürücü avtobusu qarajın yaxınlığında olan avtoyuma məntəqəsinə aparıb. Həmin gün avtobusda sərnişin olmayıb. Sürücü və iki nəfər texniki işçi olub. Videogörüntülərdə pulların düzülməsi məsələsi isə sabah üçün hazırlıq olub. Məsələ ilə bağlı dərhal tədbir görülüb və sürücü işdən azad edilib”.

/oxu.az/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*