“Sülh müqaviləsinin əvəzinə hansısa bəyannamə imzalanacaq” – Şarmazanovbackend

“Sülh müqaviləsinin əvəzinə hansısa bəyannamə imzalanacaq” - Şarmazanov

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Respublika partiyasının mətbuat xidmətinin katibi Eduard Şarmazanov jurnalistlərlə söhbətində deyib.

“Ola bilsin ki, seçkilərdən əvvəl kollektiv Qərbə lazım olan bəyannamə imzalansın. Azərbaycan sülh sazişini hansı şərtlərlə imzalayacağını dəqiq müəyyən edib. İlham Əliyevbu haqda deyib ki, Ermənistan Konstitusiyası dəyişməyənədək imza atmayacaq”, – Şarmazanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan hələ də Ermənistanın ərazi bütövlüyünü tanımayıb.

Şarmazanov əlavə edib ki, Paşinyan son ayyarım ərzində kəskin anti-Rusiya mövqeyi sərgiləməyib:

“Aydındır ki, o, gözləyir və nəticədə “şpaqat” açacaq. Paşinyan Qərbə, türklərə, ruslara və iranlılara eyni anda xidmət edə bilməz, amma bu yolla gedir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*