Sumqayıt məktəbində nərd çempionatının keçirilməsinə aydınlıq gətirildibackend

Sumqayıt məktəbində nərd çempionatının keçirilməsinə aydınlıq gətirildi

“Sumqayıt şəhər 31 nömrəli tam orta məktəblə bağlı yayılmış fotolara dair bildiririk ki, bu görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib”.

KONKRET.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, təhsil müəssisəsinin fəaliyyətinə uyğun olmayan bu fotolar sosial mediada haqlı olaraq əks reaksiya doğurub və birmənalı qarşılanmayıb:

“Ümumi təhsil müəssisəsinin “Facebook” səhifəsindən həmin fotolar silinib və bununla əlaqədar olaraq məktəb rəhbərliyinə xəbərdarlıq edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*