Sumqayıtda “Embawood”un anbarında baş verən yanğın söndürülüb – FHN-dən AÇIQLAMAbackend

Sumqayıtda "Embawood"un anbarında baş verən yanğın söndürülüb - FHN-dən AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*